Zelenski döyüş təcrübəsi olan məhkumları azadlığa buraxır

“Döyüş təcrübəsi olan məhkumlar həbsdən azad olunacaq və öz günahlarını ən qaynar nöqtələrdə yuya biləcək”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti müraciətində deyib.

 

“Antiterror əməliyyatlarında iştirak edən bir sıra şəxslərdən sanksiyalar götürülür. İşğalçılarla mübarizə aparmağa hazır olan hər kəs bunu etməlidir”, – Zelenski bildirib.