Zelenski: “Bu gün hamımız prezidentik”

“Bu gün biz hər birimiz döyüşçüyük. Mən prezident seçiləndə demişdim ki, hər birimiz prezidentik. Çünki biz hamımız dövlətimizə, gözəl Ukraynamıza xidmət edirik və ona cavabdehik. İndi isə elə bir vaxtdır ki, biz hər birimiz bir döyüşçüyük. Döyüşçü isə öz yerindədir və əminəm ki, hər birimiz qalib gələcəyik”.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.

 

“Belarusdakı danışıqlarda əsas prioritetimiz dərhal atəşkəsə nail olmaq və Rus qoşunlarının Ukraynadan çıxarılmasıdır”, – Zelenski deyib.