Ukraynadan Moldovaya keçən azərbaycanlıların növbəti qrupu Vətənə yola düşüb

Ukraynada yaranmış vəziyyətlə əlaqədar ölkəni tərk edərək Moldovaya keçən azərbaycanlıların növbəti qrupu Vətənə yola düşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, ilk növbədə qadın və uşaqların evakuasiyası üçün şərait yaradılır, bu gün Kişineudan daha 72 nəfər azərbaycanlı İstanbul aviareysi ilə yola düşüb.

Kişineuda qalan azərbaycanlılar üçün yerli hökumət tərəfindən düşərgə yaradılıb.

Qeyd edək ki, Azərbaycan vətəndaşları Ukrayna ərazisini Moldova, Polşa, Slovakiya, Macarıstan və Ruminiya istiqamətlərində tərk edə bilərlər.