Ukrayna XİN xarici tələbələrlə bağlı bəyanat yaydı

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) ölkədəki xarici tələbələrlə bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna XİN  məlumat yayıb.

 

Ukrayna hökuməti kütləvi axın olan dövlət sərhədindən onların keçidini asanlaşdırmaq üçün əlindən gələni edir:

 

“Sərhəddə əcnəbi tələbələri qida ilə təmin etmək və digər humanitar ehtiyacları ödəmək üçün müvəqqəti könüllü yardım məntəqələri yaradılıb. Aktiv döyüşlər davam etdikcə, biz inanırıq ki, xarici tələbələrin Ukraynada yaşadıqları yerlərdə qalması daha təhlükəsizdir”.

 

Qeyd olunub ki, irqinə və milli mənsubiyyətinə görə xarici vətəndaşların dövlət sərhədini keçməsi zamanı heç bir ayrı-seçkilik yoxdur: “İlk gələnə ilk xidmət” yanaşması bütün millətlərə şamil edilir. Qadınlar və uşaqlar üçün icazə verilən müəyyən humanitar istisnalarla, standart sənədləşdirmə proseduru tətbiq olunur. Biz bütün dövlətləri Prezident Putindən Ukraynaya qarşı müharibəni dərhal dayandırmasını tələb etməyə çağırırıq. Bu, Ukraynada öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün ən yaxşı yol olar”.