Rusiyanın tank kolonu Kiyevin 64 kilometrliyində müşahidə olunub

Kiyevin 64 kilometrliyində Rusiyanın tank kolonu müşahidə olunub.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu fotonu Reuters agentliyi yayıb. Agentliyə şəkli ABŞ-ın “Maxar technologies” şirkəti təqdim edib. Fotoda texnikanın Kiyev vilayətinin İvankov qəsəbəsində olduğu görünür.

 

Burada tanklardan başqa PDM-lər və özüyeriyən artilleriya da var.