Rusiyanın 42 xüsusi təyinatlısı komandirlə birgə öldürüldü

Ukrayna Silahlı Qüvvələri Kiyevə hücum edən Rusiyanın SOBR xüsusi təyinatlılarının iki dəstədən ibarət qrupunu komandiri ilə birgə məhv edib.

Modern.az “Unian”a istinadən xəbər verir ki, Kemerovo vilayətindən Ukraynaya gətirilmiş SOBR dəstəsinin komandiri Konstantin Oqiy xüsusi təyiyatlı hərbçilərlə birgə zərərsizləşdirilib.

Konstantin Oqiy əvvəllər Əfqanıstan və Çeçenistanda aparılmış döyüş əməliyyatlarında iştirak edib.

Rusiya hüquq-mühafizə orqanlarına yaxın iki mənbə jurnalistlərə belə şərh verib: “Onlar pusquya düşdülər. Kolonda vuruldular. Krasnoyarsk və Novokuznetskdən olan oğlanlar həlak oldular. 42 nəfərdən ibarət iki SOBR dəstəsi idi”.

Məlumata görə, xüsusi təyinatlılar Ukraynaya Belarus əraziasindən daxil olublarmış.

“Bu gün, fevralın 28-də onların meyitləri olan təyyarə Rusiyaya çatmalıdır”, – mənbə bildirib.