Rumıniya Ukraynaya hərbi texnika göndərəcək

Rumıniya Ukraynaya hərbi texnika göndərəcək.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Hökumətin sözçüsü Dan Kerbunaru bildirib ki, Rumıniya Ukraynaya sursat və hərbi texnika ilə yanaşı yanacaq və 3 milyon avro dəyərində tibbi avadanlıq və dərmanların ikinci tranşı ilə kömək edəcək.

Rumıniya, həmçinin yaralıları hərbi hospitallara yerləşdirməyə hazır olduğunu bildirib.