Odessada yaralanan azərbaycanlı həyatını itirdi

Ötən gün Ukraynanın Odessa şəhərində diversiya qrupu tərəfindən silahlı hücum zamanı yaralanan Azərbaycan vətəndaşlarından biri dünyasını dəyişib.

Modern.az-ın əldə etdiyi məlumata görə, güllə yarası alan Salmanov Camal Mirzənəsir oğlu bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, dünən Odessa ərazisində diversiya qrupu əslən Kəlbəcərdən olan soydaşlarımızı daşıyan avtomobilləri atəşə tutub. Hadisə nəticəsində 1966-cı il təvəllüdlü Rəhim İsmayılov, 1995-ci il təvəllüdlü Qabil İsmayılov və 1976-cı il təvəllüdlü Nemət İsmayılov həlak olub, 4 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlum hadisə zamanı ağır xəsarətlər alan Camal Salmanovun həyatını xilas etmək mümkün olmayıb.