Belarusdan Ukraynaya 6 raket atılıb
Ötən sutka ərzində Rusiya qoşunları Belarus ərazisindən Ukraynaya 6 raket zərbəsi endirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının “Facebook” səhifəsində məlumat verilib.
“Düşmən uzaqmənzilli dəqiq silahlardan istifadə etməklə operativ-taktiki və ordu aviasiyasının dəstəyi ilə Ukraynaya qarşı hücum əməliyyatını davam etdirir. Açıq təcavüz başlayandan düşmən 180-ə yaxın “İsgəndər” kruizindən istifadə edib”,- Ukrayna Silahlı Qüvvələrinin məlumatında deyilir.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ötən gün açıqlamasında ölkəsindən Ukraynaya raket zərbələrinin endirilmədiyini deyib.