Baş Qərargah: “Çoxsaylı itki versə də, düşmən Kiyevi ələ keçirmək niyyətindən əl çəkmir”
“Düşmən çoxsaylı canlı qüvvə itirməsinə baxmayaraq, Kiyevə nəzarəti ələ keçirməyə çalışır”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçiləri yenidən qruplaşaraq Çerniqov-Kiyev istiqamətində hücuma keçməyə çalışır.
“Çoxsaylı itkiyə və ayrı-ayrı istiqamətlərdə hücum tempinin azalmasına baxmayaraq, düşmən əsas hədəfindən – Kiyevi nəzarət altına almaq istəyindən geri çəkilmir. Paytaxtın müdafiə gücləri düşmənə qarşı müqavimət göstərir”, – deyə məlumatda qeyd olunub.
Bildirilib ki, Xomutovka, Qluxov və Baturin rayonlarında üç taktiki tabor dayandırılıb.