Azərbaycanda koronavirusa yoluxma azalıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 1 090 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

LAF TV.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 17 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 785 670 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 765 373 nəfər müalicə olunaraq sağalıb, 9 417 nəfər vəfat edib. 10 880 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 860, bu günə qədər isə ümumilikdə 6 554 964 test icra olunub.