Ukrayna Prezidenti: “Müharibəni dayandırmaq üçün hər kəs əlindən gələni etməlidir”

Bu müharibəni dayandırmaq üçün hər kəs əlindən gələn hər şeyi etməlidir.

APA-nın UNİAN-a istinadla xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin “Telegram” kanalı məlumat yayıb.

 

“Hər kəs bu müharibəni dayandırmaq üçün əlindən gələni etməlidir. Hər gün aqressiya normal həyatı pozur. Həm də təkcə Ukraynada yox, Rusiyada, Avropada və bütün dünyada. Avropalılar belə qarşıdurma şəraitində necə yaşamaq mümkün olduğunu təsəvvür edə bilmirlər” – deyə Ukrayna rəhbəri bildirib.