Rusiya Duma üzvü Ukraynada müharibənin dayandırılmasını tələb etdi

Rusiya deputatı gözlənilmədən Ukrayna ilə müharibənin dərhal dayandırmasını tələb edib.

Moderator.az Ukrayna mediasına istinadla xəbər verir ki, Kommunist Partiyası fraksiyasının üzvü Mixail Matveyev özünün teleqram-kanalında bildirib ki, hadisələrin belə inkişaf edəcəyini gözləmirdi.

Matveyev Dövlət Dumasının “DXR” və “LXR” terrorçu psevdorespublikalarının tanınmasına səs verən deputatlar arasında olub. Bununla belə, o, mənasız şəkildə öz hərəkətinə haqq qazandırmaq qərarına gəlib.

“…”LDXR”-in tanınmasına səs verərək, mən müharibəyə deyil, sülhə səs verdim. Rusiyanın Donbasın bombalanmasına sipər olmasına, Kiyevin bombalanmasına deyil”, – Duma üzvü belə deyib.