İƏT Parlament İttifaqının Baş katibi Milli Məclisin sədrinə məktub ünvanlayıb

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyass Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Milli Məclisin sədri Sahibə Qafarovaya məktub ünvanlayıb.

“Report”un xəbərinə görə, məktubda “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya zidd olan və 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törədilmiş bu qətliam Azərbaycan xalqına qarşı qəddarlıq nümunəsi kimi dəyərləndirilib. Bildirilib ki, “BMT Baş Assambleyasının 9 dekabr 1948-ci ildə qəbul edilmiş 260 saylı Qətnaməsinə əsasən, bu cür hadisələr qətliam kimi qiymətləndirilir və qətiyyətlə pislənilir. Məktubda Azərbaycan xalqına, hökumətinə, parlamentinə bir daha tam dəstək ifadə olunub.

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Xocalı soyqırımının ildönümü münasibətilə bir daha dərin hüznlə başsağlığı verib, bütün dünya xalqlarına, xüsusən də Azərbaycan xalqına layiq olduğu sülh və firavanlıq arzularını bildirib.