Bayden ABŞ-ın əlavə hərbi qüvvələrinin Avropaya yerləşdirilməsinə göstəriş verib

ABŞ Prezidenti Cozef Bayden təsdiqləyib ki, o, Vaşinqtonun NATO müttəfiqlərini dəstəkləmək üçün Birləşmiş Ştatların Avropada əlavə hərbi qüvvələrinin yerləşdirilməsinə göstəriş verib.

“Report”un Ağ Evə istinadən məlumatına görə, bu barədə dövlət başçısı cümə günü yaydığı bəyanatda bildirib.

“Dünən qeyd etdiyim kimi, Birləşmiş Ştatlar NATO ərazisinin hər qarışını müdafiə edəcək. Alyansın nizamnaməsinin 5-ci maddəsinə sadiqliyimiz sarsılmazdır. Mən NATO-dakı müttəfiqlərimizi dəstəkləmək üçün Avropada imkanlarımızı artırmaq üçün əlavə qüvvələrin yerləşdirilməsinə göstəriş vermişəm”, – Ağ Ev rəhbəri deyib.

Bayden Rusiya Prezidenti Vladimir Putini beynəlxalq sülh və təhlükəsizliyin əsaslarını təhdid etməkdə ittiham edib. Onun sözlərinə görə, NATO isə öz növbəsində azadlıq və demokratiyanın tərəfdarı olduğunu bir daha nümayiş etdirir.