Xocalı soyqırımı qurbanlarının xatirəsi Milli Məclisdə bir dəqiqəlik sükutla yad edilib

Milli Məclisdə Xocalı soyqırımının qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Report”un xəbərinə görə, parlamentin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda soyqırımı qurbanlarının xatirəsinin yad olunmasını təklif edib.

Deputatlar təklifi qəbul edib və Xocalı soyqırımının qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.