Ukraynada Ali Baş Komandanın qərargahı yaradılıb

Ukraynada Milli Təhlükəsizlik və Müdafiə Şurasının Hərbi Kabineti ləğv edilir, onun yerinə Ali Baş Komandanın Qərargahı (ABKQ) yaradılıb.

Ukrayna Prezident ofisindən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, Prezident Volodimir Zelenskinin sərəncamına əsasən, bu, qoşunların ən yüksək sahə rəhbərliyi orqanıdır.

Qərargahın sədri V.Zelenski, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov isə əlaqələndiricisi olub.

Qərargaha əlavə olaraq bu şəxslər daxildir: Ukrayna Təhlükəsizlik Xidmətinin rəisi İvan Bakanov, Ukrayna Müdafiə Nazirliyi Baş kəşfiyyat idarəsinin rəisi Kirillo Budanov, Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyatlar üzrə komandanı Qriqori Qalaqan, Ərazi Müdafiə Qüvvələrinin komandanı Yuri Qaluşkin, Dövlət Vergi Xidmətinin sədri Serhiy Deyneko, Prezident ofisinin rəhbəri Andriy Yermak, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı, Milli Polisin rəhbəri İqor Klimenko, Ukrayna Fövqəladə Hallar Xidmətinin rəisi Serhiy Kruk, xarici işlər naziri Dmitri Kuleba, Milli Qvardiyanın rəisi Yuri Lebid, daxili işlər naziri Denis Monatsrski, Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəisi Aleksander Litvinenko, müdafiə naziri Aleksey Reznikov, Dövlət Mühafizə İdarəsinin rəisi Serhiy Rud, Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıqal.

Sərəncamda həmçinin səlahiyyətli orqanlara üzərinə düşən vəzifələri yerinə yetirmək üçün aidiyyəti yerlərin yaradılması və onların əlaqəsini təmin etmək tapşırılıb.