Ukrayna tərəfi Kiyevə raket zərbələri endirildiyini bildirir

Cümə günü səhər saat 4:22 radələrində (Bakı vaxtı ilə saat 6:22-də – red.) Kiyevin müxtəlif rayonlarında bir neçə partlayış səsi eşidilib.

Trend yerli KIV-ə istinadən xəbər verir ki, partlayış səsləri paytaxtın Peçerski və Qoloseyevski rayonlarında, Poznyakidə eşidilib.

“Elə indicə Kiyevə qanadlı və ya ballistik raketlərlə hücumlar dava edir. İki güclü partlayış eşitdim”, – daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz Telegram-kanalında yazıb.