Ukrayna ordusu Xerson yaxınlığındakı körpünü geri alıb
Ukrayna Silahlı Qüvvələrinin mexanikləşdirilmiş bölmələri avtomobil körpüsünü geri alıb və Xerson yaxınlığında Dnepr çayının sol sahilində möhkəmləniblər. Bu barədə müdafiə nazirinin müavini Anna Malyar Facebook səhifəsində məlumat verib.
Xatırladaq ki, bir müddət əvvəl Xerson vilayəti dövlət administrasiyasının sədri Gennadi Laquta “şəhərin təslim olması” ilə bağlı məlumatı təkzib etmişdi.
virtualaz.org