Ukrayna Ərazi Müdafiə Qüvvələrinin komandanı əhalini ordu sıralarına qoşulmağa çağırıb

Ukrayna Ərazi Müdafiə Qüvvələrinin komandanı Yuri Qaluşkin xalqa müraciət edib.

“Report” xəbər verir ki, komandanın fikirləri Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində dərc olunub.

Yuri Qaluşkin müraciətində bildirib ki, artıq mövcud vəziyyətlə əlaqədar olaraq Ərazi Müdafiə Qüvvələri sıralarına qatılmaq qaydası sadələşib:

“Bu gün Ukraynaya hamı lazımdır. Ancaq pasportu və indentifikasiya kodunu götürün. Yaşla bağlı məhdudiyyət yoxdur. İş yerində probleminiz yaransa, rəsmi müracitə edin”.