Makron Zelenskinin xahişini Putinə çatdırdı

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, o, cümə axşamı Ukrayna Prezidenti Vladimir Zelenskinin xahişi ilə Rusiya lideri Vladimir Putinə zəng edib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, ukraynalı həmkarı ondan Putinə danışıqlar barədə təklifini çatdırmağı istəyib.

 

“Prezident Zelenskinin xahişi ilə mən Prezident Putinlə tez, birbaşa, açıq söhbət etdim, ilk növbədə ondan döyüşləri mümkün qədər tez dayandırmağı və xüsusən də ondan prezident Zelenski ilə danışmasını xahiş etdim”, – Makron bildirib.