Bu gün BMT Təhlükəsizlik Şurasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə səsə qoyulacaq

Bu gün BMT Təhlükəsizlik Şurasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə səsverməyə çıxarılacaq.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, ABŞ və Təhlükəsizlik Şurasındakı avropalı müttəfiqlərinin hazırladığı qətnamədə “Rusiyanın Ukraynaya qarşı BMT razılaşmasının ikinci maddəsinin dördüncü bəndinə zidd olan hücumları qınayırıq” sözləri yazılıb.

Qətnamə, həmçinin Rusiyanın Ukraynaya qarşı güc tətbiqinin dərhal dayandırılmasını nəzərdə tutur.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında hansəsa qərarın qəbul edilməsi üçün 5 daimi üzvdən (ABŞ, Çin, Böyük Britaniya və Rusiya) heç biri buna etiraz etməməlidir.

Qeyri-daimi üzvlərlə birlikdə 15 ölkədən ibarət olan Təhlükəsizlik Şurasında qərarın qəbul üçün ən az 9 səsə ehtiyac var.