“Azəriqaz”: “Ötən il smart sayğaclarla bağlı 150 min müraciət daxil olub”

2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə smart-kart tipli sayğacların bloka düşməsi, kartlarının itməsi ilə bağlı 150 minə yaxın müraciət daxil olub.

“Report”un məlumatına görə, bunu “Azəriqaz”da media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” günündə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

“Bu müraciətlər gecə saat 2-də də, gündüz saatlarında da daxil olub. Yəni, belə hallar günün istənilən saatında baş verə bilir. Bu isə o deməkdir ki, smart-kart tipli sayğac quraşdırılmasını arzulayan abunəçilər baş verəcək halları nəzərə almalıdırlar. Sonradan ödənişli mexanikli sayğaclarda belə hallar baş vermir. Bu sayğcların işləmə və yazma mexanizmləri eynidir. Fərq yalnız ondan ibarətdir ki, birində ödəniş əvvəlcədən, digərində isə sonradan edilir”, – deyə o, qeyd edib.