Zelenski və Conson arasında telefon danışığı olub

Ukraynanın Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri tviterdə yazıb.

“Ukraynadakı dəhşətli hadisələrdən sarsıldım və növbəti addımları müzakirə etmək üçün Prezident Zelenski ilə danışdım. Prezident Putin Ukraynaya qarşı bu əsassız hücumu həyata keçirməklə qan tökmək və məhv etmək yolunu seçib. Böyük Britaniya və müttəfiqlərimiz qətiyyətlə cavab verəcəklər”, – hökumət başçısı vurğulayıb.