Ukraynalı deputat Zelenskini istefaya çağırdı

Ukraynanın Ali Radasının “Müxalif platforma – Həyat naminə” partiyasının deputatı İlya Kiva ölkə Prezienti Vladimir Zelenskini istefaya çağırıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, deputat Zelenskini Donbasda vəziyyətin kəskinləşməsində təqsirli şəxs adlandırıb.

“Bu gün Prezident Zelenski, əgər onda vicdan və sağlam düşüncə varsa, istefa verməlidir”, – deyə Kiva qeyd edib.