Türkiyə Hava Yolları Ukraynaya bütün uçuşları ləğv edib

Türkiyə Hava Yolları Ukraynaya uçuşları ləğv edib.

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, bunu qurumun baş direktoru Bilal Ekşi tviterdə yazıb.

“Hava məkanını bağlaması səbəbindən Ukraynaya bugünkü (fevralın 24-ü nəzərdə tutur -red.) bütün uçuşlar ləğv edilib”, – o bildirib.

“Ukraerorux” bildirib ki, Ukrayna bütün mülki təyyarərlər üçün hava məkanını bağlayıb.