Lukaşenko və Putin arasında telefon danışığı olub

Belarus Prezidenti Aleksandr Lukaşenko və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə BelTA məlumat yayıb.

Bildirilib ki, Minsk vaxtı ilə səhər saat 5-də baş tutan telefon danışığında Rusiyanın dövlət başçısı A.Lukaşenkonu Ukraynadakı vəziyyətlə bağlı məlumatlandırıb.