Çavuşoğlu Tokayevlə Türkiyə-Qazaxıstan əməkdaşlığını müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə videokonfrans formatında görüşüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə məlumatı nazir “Tvitter” hesabında paylaşıb.

 

O qeyd edib ki, görüş zamanı tərəflər iki ölkə arasındakı əlaqələrin hər sahədə inkişaf etdirmək iradəsini təsdiqləyiblər.