Boris Conson bu gün parlamentdə Ukrayna ilə bağlı çıxış edəcək

Boris Conson bu gün parlamentdə Ukrayna ilə bağlı çıxış edəcək.

APA-nın “Reuter”a istinadən verdiyi xəbərə görə. Böyük Britaniyanın baş naziri Boris Conson fevralın 24-də parlamentdə Ukrayna ilə bağlı bəyanatla çıxış edəcək.

Baş nazir həmçinin bugün səhər saatlarında Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar Cobra adlanan xüsusi hökumət komitəsinin fövqəladə iclasını da çağırıb.