Avropa Şurasının Baş katibi Rusiyanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb

“Avropa Şurasının Əsasnaməsini və Avropa İnsan Haqları Konvensiyasını kobud şəkildə pozan Rusiyanın Ukraynaya qarşı hərbi hücumunu qətiyyətlə pisləyirəm. Bu, Avropa və onun təmsil etdiyi dəyərlər üçün qaranlıq bir saatdır”.

APA-nın xəbərinə görə, bunu Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç deyib.

 

O, Rusiya hakimiyyətini hərbi əməliyyatları dərhal və qeyd-şərtsiz dayandırmağa, sülhü bərpa etmək və bütün qitədə daha dağıdıcı nəticələrdən qaçmaq üçün diplomatiya yoluna qayıtmağa çağırıb.

“Mülki əhalinin həyatının qorunması prioritet məsələ olaraq qalmalıdır.
Nazirlər Komitəsi və Avropa Şurası Parlament Assambleyası ilə birlikdə biz mövcud vəziyyətə reaksiya vermək üçün operativ şəkildə lazımi tədbirlər görəcəyik”.