Aİ Parlamentinin sədri: “Rusiyaya qarşı indiyədək tətbiq olunmayan sanksiyalar zərfi qəbul ediləcək”

Avropa İttifaqının (Aİ) liderləri fevralın 24-də keçiriləcək Zirvə toplantısında Rusiyaya qarşı indyədək qəbul etmədikləri ən sərt sanksiyalar zərfini müzakirə edəcək.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Aİ Parlamentinin sədri Jozep Borrel bildirib.

“Biz ən sərt şəkildə cavab verəcəyik. Avropa Parlamenti Şurasının başçısı fevralın 24-ü axşam saatlarına Avropa İttifaqının sammitini çağırıb. Zirvə toplantısında Rusiyaya qarşı indyədək tətbiq olunmayan sanksiyalar zərfinin qəbul edilməsi ilə bağlı siyasi razılaşma əldə olunacaq”, – Jozep Borrel deyib.

O, Rusiyaya qarşı vahid cavab verilməsini təmin və çağırış etmək üçün Avropa İttifaqının bütün müttəfiqləri ilə təmas olacağını vəd edib:

“Rusiya rəhbərliyi görünməmiş təcridlə üzləşəcək”.