Saakaşvili ilə bağlı prokurorluğa müraciət olundu

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müdafiəçiləri Dövlət Müfəttişliyi Xidmətini onun həbsxanadan xəstəxanaya köçürülməsi ilə bağlı materialları dərc etməyə çağırıblar.

Axar.az xəbər verir ki, Mixail Saakaşvilinin vəkilləri müvəkkillərinə psixiatrik ekspertiza təyin edilməsi və onun işgəncə işi üzrə zərərçəkmiş kimi tanınması xahişi ilə prokurorluğa müraciət ediblər.

Məsələ barədə danışan eks-prezidentin vəkili Nika Qvaramiya köçürülmə zamanı qeydə alınan protokollarla tanış olmağın vacib olduğunu söyləyib:

“Biz məlumatın bir hissəsini Dövlət Müfəttişliyi ilə mübadilə edirik, lakin bizim üçün əlçatan olmayan materiallar var”.

Eyni zamanda vəkil Saakaşvilinin iş üzrə zərərçəkmiş kimi tanınacağını gözləmədiyini də deyib.