Müsavat Partiyasının qərargahına elektrik verilişi dayandırılıb

Müsavat Partiyasının qərargahına elektrik verilişi dayandırılıb.

Bu barədə “Yeni Sabah”a partiya başqanı Arif Hacılı məlumat verib. O, bildirib ki, artıq iki gündür qərargaha elektrik verilmir:

“Bizə deyiblər ki, elektriklə bağlı ərazidə peoblem var. Amma problemin nədən ibarət olduğunu bilmirik, nə zaman həll olunacağı haqda da məlumat verilməyib”.

Hazırda elektrikin kəsilməsi üzündən partiya qərargahında otaqlar soyuqdur və yalnız günəş işığı ilə işıqlandırılır.