Məhkəmə Poroşenko ilə bağlı qərar verib

Ukrayna məhkəməsi eks-prezident Petro Poroşenkonun azadlıqda qalması barədə qərar verib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Kiyevin Peçersk Rayon Məhkəməsi şəxsi öhdəlik əsasında, şəxsiyyət vəsiqəsini məhkəməyə təqdim etməklə azadlıqda saxlanması barədə qərar verib.

Xatırladaq ki, eks-prezident Petro Poroşenko dövlətə xəyanətdə ittiham olunur.