İrəvan sərhədlə bağlı təkliflərini Moskvanın vasitəçiliyi ilə Bakıya ötürdü

Ermənistan Rusiyanın vasitəçiliyi ilə Azərbaycana sərhəddəki vəziyyətin deeskalasiyasına yönəlmiş təkliflər paketini təhvil verib. TASS xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Biz Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycana hazırlanan təkliflər paketini təhvil vermişik. Bu təkliflər sərhəddə vəziyyətin deeskalasiyasına yönəlib”, – erməni nazir bildirib.

Mirzoyanın sözlərinə görə, azərbaycanlı həmkarı ilə yeni görüş nəzərdə tutulmayıb, lakin Minsk Qrupu həmsədrlərinin regiona səfəri hazırlanır.

virtualaz.org