Azərbaycanda morq işçilərinin yeni maaşı müəyyənləşib

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin yeni aylıq vəzifə maaşları müəyyənləşib.

LAF TV.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş 14 nömrəlli əlavə öz əksini tapıb.

Sıra №-si Vəzifələrin adı Aylıq vəzifə maaşı

(manatla)

1 2 3
1. Baş direktor 1100
2. Baş direktorun müavini 948
3. Baş mühasib 810
4. Şöbə müdiri:
4.1. tibb sahəsində həkim ixtisası tələb olunan 726
4.2. digər profilli 708
5. Şöbə rəisi-məhkəmə-tibb eksperti, şöbə rəisipatoloq-anatom:
5.1. mərkəzin (birliyin) aparatında 731
5.2. şəhər (rayon), regional qurumlarda 678
6. Məhkəmə-tibb eksperti, məhkəmə eksperti, patoloq-anatom, ekspert-kriminalist:
6.1. mərkəzin (birliyin) aparatında 696
6.2. şəhər (rayon), regional qurumlarda 624
7. Ekspert-həkim, ekspert, həkim 696
8. Mülki Müdafiə Qərargahının rəisi, baş mühasibin müavini 648
9. Baş tibb bacısı, mütəxəssis, baş laborant (ali təhsilli), mühəndis-proqramlaşdırıcı 486
10. Böyük tibb bacısı, böyük laborant 408
11. Avtomobil sürücüsü 400
12. Tibb bacısı, təsərrüfat üzrə tibb bacısı 384
13. Laborant, rentgen-laborant, texnik-laborant, fotolaborant, fotoqraf, dispetçer, arxiv müdiri, tibb qeydiyyatçısı, əmək terapiyası üzrə təlimatçı, kiçik tibb bacısı, dəftərxana müdiri, anbar müdiri 372
14. Xəzinədar, kompüter operatoru, katibə-kompüter operatoru, arxivçi, ekspeditor 354
15. Sanitar-bufetçi, sanitar, növbətçi sanitar, bağban, gözətçi, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər

xidmətedici heyət

325

Qeyd edək ki, Baş nazir Əli Əsədov dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları artırılması haqqında qərar imzalayıb.