Zelenski BSU-nun əməkdaşını medalla təltif edib

BSU-nun əməkdaşı Lesya Kərimova Ukrayna Prezidenti tərəfindən medalla təltif edilib.

Bu barədə Trend-ə Bakı Slavyan Universitetindən məlumat verilib.

Bildirilib ki, Bakı Slavyan Universitetinin əməkdaşı, Ukrayna Tədris-Mədəniyyət Mərkəzinin müdiri Kərimova Lesya Aleksandrovna Ukrayna-Azərbaycan münasibətlərinin inkişafına verdiyi mühüm töhfələrə görə, 14 yanvar 2022-ci ilin tarixində Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən «Əmək və şücaətə görə» medalı ilə təltif edilib.