“Turkish Airlines” ölkədaxili daşımalar üçün PCR test tələbini ləğv edib

“Turkish Airlines” aviaşirkəti Türkiyə daxilində daşımalar üçün PCR test tələbini ləğv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin Baş direktoru Bilal Ekşi özünün tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, ölkədaxili sərnişinlər üçün HES kodun olması kifayətdir.