Qazaxıstan milli təhlükəsizlik sistemində islahatlar keçiriləcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin milli təhlükəsizlik sisteminin islahatı ilə bağlı konkret təkliflərin verilməsini tapşırıb.

Trend bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, bu tapşırıq K.Tokayevin dövlət strukturlarının rəhbərləri ilə iclası zamanı verilib.

Xüsusilə Təhlükəsizlik Şurasının katibinə Xüsusi əməliyyat qüvvələrinin yaradılması ilə bağlı işlərin sürətləndirilməsi və milli təhlükəsizlik sisteminin islahalatları ilə bağlı təkliflərin verilməsi tapşırılıb.

İclas zamanı Qazaxıstanda, xüsusilə Almatıda baş vermiş hadisələrin hərtərəfli araşdırılması, həlak olan insanların dəqiq sayının müəyyənləşdirilməsi kimi məsələlərə xüsusi diqqət ayrılıb.