Nazarbayevin iki kürəkəni vəzifədən gedib

«KazTransOil” SC-nin İdarə Heyətinin sədri Dimaş Dosanovun və «QazaqGaz» SC-nin İdarə Heyətinin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Samuk-Kazına” Dövlət Fondu məlumat yayıb.

Qeyd edək ki, Dosanov Nursultan Nazarbayevin kiçik qızı Aliyənin həyat yoldaşıdır. Şaripbayevin isə, Nazarbayevin böyük qızı Dariqa ilə qeyri-rəsmi nikahda olduğu bildirilir.