Ermənistanın müdafiə naziri evlənir

Ermənistanın müdafiə naziri Suren Papikyan evlənməyə hazırlaşır.

Modern.az “Aravot” qəzetinə istinadən xəbər verir ki, toy yanvarın 22-nə planlaşdırılıb və İrəvandakı “Firon” restoran kompleksində baş tutacaq.

Gələcək cütlük artıq toy dəvətnamələrini paylayıblar.

Qəzet qeyd edir ki, toydan sonra cütlük dövlət malikanələrindən birində məskunlaşmaq niyyətindədir.

Suren Papikyan Armine Muradyan adlı qızla nişanlanıb. seçilib. Armine əvvəllər ərazi idarəetmə nazirinin mətbuat katibi vəzifəsində çalışıb.

O, hazırda Ermənistanın Ərazi İnkişafı Fondunda işləyir.