Dubaydan «iPhone» və qızıl gətirən azərbaycanlı İran gömrüyündə saxlanılıb

İranın Astara gömrüyündə qanunsuz yolla 2,68 kq qızıl və 7 ədəd “iPhone 13” mobil telefonu keçirmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb.

Trend-in məlumatına görə, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

R.Lətifinin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindən İrana keçən Azərbaycan vətəndaşı İranın Astara gömrüyündə yoxlanılıb:

“Qeyd olunan əşyaları həmin şəxs çay, yağ və yuyucu tozu qutularına yerləşdirib və İran sərhədindən keçirmək üçün yük maşınına təhvil vermək istəyib”, — deyə o bildirib.