BMT Rusiya və ABŞ-a çağırış etdi

BMT-nin baş katibi Antonio Quterreş Rusiya, ABŞ və NATO-nu vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, bunu Antoniu Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

“Baş katib hazırkı gərginliyin artmasından, hərbi eskalasiyadan narahatdır. Quterreş vəziyyətin gərginləşməsinin Avropa və bütün dünya üçün fəlakət olacağını vurğulayıb», — Haq bildirib.

Xatırladaq ki, yanvarın 10-da Cenevrədə Rusiya-Amerika məsləhətləşmələri keçirilib. Yanvarın 12-də Brüsseldə Rusiya-NATO Şurasının iclası, yanvarın 13-də isə Vyanada ATƏT-in Daimi Şurasının iclası keçirilib.