ATƏT sədri fevralda Moskvaya səfər edəcək

ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau fevral ayının ortalarında Moskvaya səfər etməyi planlaşdırır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şənbə günü Polşa mətbuat agentliyinə Polşanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina bildirib.

 

Onun sözlərinə görə, Rau ilk olaraq Ukrayna və ABŞ-a səfər edəcək.

«Gələn ayın ortalarında, çox güman ki, fevralın 15-də ATƏT sədri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Moskvaya səfər ATƏT sədri üçün normal prosedurdur, ona görə ki, Rusiya bu təşkilatın ən mühüm üzvlərindən biridir», — Yasina qeyd edib.