Abşeronda həyat yoldaşını bıçaqlayan şəxsin məhkəməsi başlayır

Abşeronda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Kürdoğlu Məmiyevin cinayət işi üzrə məhkəmə iclası başlayır.

«Report» xəbər verir ki, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rəşad Əliyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyulunda Abşeron rayonu Masazır qəsəbəsində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü K.Məmiyev mübahisə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Aidə Məmiyevanı bıçaqlayıb.

K.Məmiyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.