ABŞ-da kimyəvi anbarda güclü yanğın

ABŞ-ın Nyu-Cersi ştatının Passaik şəhərində kimyəvi anbarda güclü yanğın baş verib.

Bu barədə “Qafqazinfo” “CBS New York”a istinadən xəbər verir.

Telekanalın məlumatına görə, üçmərtəbəli bina cümə günü yerli vaxtla saat 20.30-da  alovlanıb.

Şəhərin meri Hektor Lora anbarın yaxınlığında yaşayan bütün sakinləri evlərinin pəncərələrini bağlamağa çağırıb.

Ölən və yaralananlar barədə hələlik məlumat yoxdur.