XİN: «Azərbaycan-Türkiyə münasibətləri ən yüksək müttəfiqlik səviyyəsinə ucalıb»

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümü münasibətilə paylaşım edib.

LAF TV.az xəbər verir ki, paylaşım XİN-nin tviter səhifəsində dərc edilib.

 

Paylaşımda deyilir:

“Bu gün Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 ilidir. Bu illər ərzində qardaş ölkələr arasında əlaqələr ən yüksək müttəfiqlik səviyyəsinə ucalıb. Bir millətik, iki dövlət”