Türkiyədə «Omicron» sürətlə yayılır

Türkiyədə hazırda koronavirusun «Omicron» ştamı yoluxmalar arasında üstünlük təşkil edir.

 

Modern.az dəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

 

Nazir qeyd edib ki, bu ay yoluxma halları ötən ilin dekabr ayı ilə müqayisədə 4 dəfə artıb.

 

Buna baxmayaraq, xəstəxanaya koronavirus diaqnozu ilə yerləşdirilənlərin sayı azalıb.

 

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 153 nəfər ölüb.

 

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 410 min 116 nəfərin test edildiyi, 75 min 564 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 51 min 675 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.