«SpaceX» Ukrayna peykini orbitə göndərdi

ABŞ-ın «SpaceX» şirkətinin «Falcon 9» daşıyıcı aparatı 105 peykin orbitə çıxarılması və Yerə qayıtması missiyasını yerinə yetirib.

 

Modern.az xəbər verir ki, kosmosa buraxılan qurğular arasında Ukraynanın “Yujmaş” şirkəti tərəfindən 2019-cu ildə istehsal olunmuş “Sich-2-30” peyki də var.

 

Peyk son on ildə Ukraynanın orbitə buraxılan ilk kosmik aparatıdır.

 

«Siç-2-30» orbitə daxil olduqdan sonra Ukrayna ərazisi üzərində uçaraq missiyanın idarəetmə mərkəzi ilə əlaqə saxlayıb.

 

Ukrayna Prezidenti Vladimir Zelenski peykin kosmosa uğurla buraxıldığını qeyd edib.