SEPAH qoşunları təlim keçirir

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları ölkənin cənub-şərq əyalətlərində — Sistan və Belucistanda təlimlər keçirir.

Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın quru qoşunlarının komandanı Məhəmməd Pakpur məlumat verib.

O bildirib ki, PUA, aviasiya və zirehli maşınların cəlb edildiyi təlimə “Qüds” briqadasının müxtəlif operativ birlikləri, o cümlədən raket və artilleriya bölmələri, xüsusi təyinatlılar qatılıb.